"VAZ" və "Toyota" avtomobilləri 2 min manatdan satışa çıxarılır

  • 9 Sentyabr, 2019 15:09

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi növbəti hərraclardan biri 8 oktyabr tarixində keçiriləcək.

"Finans.az" komitəyə istinadən xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinin buraxılış illəri 2006 və 2007-ci illərdir. VAZ və Toyota markalarından olan bu avtomobillərin ilkin hərrac qiymətləri 2 min manat ilə 10 min manat arasındadır.

Hərraclarda elektronlaşma özəlləşdirməyə qoşulmaq istəyən şəxslərə onlayn seçim, sifariş və iştirak imkanları verir. Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Bu resurslardan seçim edərək qeydiyyatdan keçən şəxs dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilər. Hərrac günü hər kəs komitənin Elektron Xidmətlər Potalından (e-emdk.gov.az) Elektron hərrac bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.