Valyuta hərracında dollara tələb artıb

  • 23 Fevral, 2021 13:11
Valyuta hərracında dollara tələb artıb

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Finans.az” bu barədə AMB-yə istinadən xəbər verir.

Qeyd edək ki, ABŞ dollarına tələb fevralın 18-nə nisbətən 11,4 milyon ABŞ dolları və ya 24,3% artaraq 58,3 milyon ABŞ dolları təşkil edib və tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Xatırladaq ki, ABŞ dollarına tələb fevralın 18-də əvvəlki hərraca nisbətən 8,1 milyon ABŞ dolları və ya 14,7 % azalaraq 46,9 milyon ABŞ dolları olub.