Üz tanıyan bankomatlar quraşdırılacaq - Rusiyada

  • 14 Noyabr, 2019 15:18
Üz tanıyan bankomatlar quraşdırılacaq - Rusiyada

Rusiyada yaxın zamanlarda üz tanıma funksiyaları olan bankomatlar quraşdırılacaq.

"Finans.az" xəbər verir ki, pilot layihəsində reallaşdırılacaq bankomatlara xüsusi kameralar quraşdırılacaq.

Müştəri bu bankomatlardan pul çıxarmaq üçün kart və ya mobil telefona ehtiyac duymayacaq.

Banklar bu layihə çərçivəsində həm yeni bankomatlar quraşdıra, həm də mövcud bankomatları yeni avadanlıqla təchiz edə bilər.

Bundan başqa, Rusiyada bəzi fitnes klublarında üz tanıma funksiyası işə salınacaq. Hazırda bu layihədə Moskva, Barnaul və Surqutda bir sıra fitnes klublar iştirak edir.


Mənbə: az.trend.az