"Urals" nefti noyabrda 1,4 dəfə ucuzlaşıb

  • 1 Dekabr, 2020 15:27

Noyabr ayında Rusiyanın "Urals" markalı neftinin orta illik qiyməti illik müqayisədə 1,4 dəfə azalaraq bir barel üçün 43,32 ABŞ dolları təşkil edib. Son bir ayda isə azalma 6,9% olub.

“Finans.az”ın Rusiya Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 2019-cu ildə "Urals"ın orta qiyməti 63,34 dollar təşkil edib.

Məlumata görə, 2020-ci ilin yanvar-noyabr aylarında "Urals" neftinin orta qiyməti 41,04 dollar, 2019-cu ilin müvafiq dövründə isə 63,51 dollar olub. Göründüyü kimi, azalma 35%-dən çox olub.


Mənbə: apa.az