“Urals” nefti 10 dollara düşüb

  • 2 Aprel, 2020 16:37
“Urals” nefti 10 dollara düşüb

Rusiyanın “Urals” markalı nefti ucuzlaşmaqda və 1999-cu ilin mart ayı səviyyəsinə düşməkdə davam edir.

“Finans.az” xəbər verir ki, şimal-qərbi Avropada (Rotterdam limanı) “Urals” neftinin CİF müqavilə qiyməti aprelin 1-də 10,54 dollar/barel təşkil edib.

Bu markalı neftin bir barelinə görə endirim isə ötən həftədəki səviyyədə - 4,75 ABŞ dolları olaraq qalıb. Bu 2008-ci ildən indiyədək ən maksimum endirimdir.

Qeyd edək ki, hazırda London birjasında "Brent" markalı neftin bir bareli 10,55% bahalaşaraq 27,35 ABŞ dolları, Nyu-York birjasında WTI markalı neftin bir bareli 10,64% artaraq 20,47 ABŞ dolları təşkil edir. Birjalarda neftin qiyməti ABŞ prezidenti Donald Trampın Rusiya və Səudiyyə Ərəbistanı ilə bazarı tənzimləmək üçün tezliklə razılığa gələcəyi ilə bağlı bəyanatından sonra artmağa başlayıb.


Mənbə: report.az