Universitet yataqxanasının əsaslı təmirinə 1,8 milyon manat xərclənəcək

  • 30 Oktyabr, 2020 14:18
Universitet yataqxanasının əsaslı təmirinə 1,8 milyon manat xərclənəcək

Sumqayıt Dövlət Universiteti 1 saylı yataqxana binasının əsaslı təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Finans.az" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Yeni Memar” MMC-dir.

Qalib şirkətə 1 818,5 min manat ödəniləcək.


Mənbə: report.az