"Unibank" səhmdar yığıncağının tarixini dəyişdi

  • 14 May, 2019 16:37

"Unibank" ASC-nin səhmdarlarının illik ümumi yığıncağının vaxtı dəyişib.

"Finans.az" xəbər verir ki, bankın məlumatına görə, yaranmış zərurətlə bağlı olaraq yığıcağın keçirilmə vaxtı 28 iyun tarixindən 4 iyul tarixinə keçirilib.

Beləliklə, "Unibank" səhmdarlarının illik ümumi yığıncağı 4 iyul 2019-cu il tarixində, saat 15:00-da bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 55 ünvanında yerləşən baş ofisində baş tutacaq.

Yığıncaqda 2018-ci il üzrə "Unibank" ASC-nin maliyyə hesabatının təsdiqi və bankın investisiya qiymətli kağızlarının emitenti olaraq 2018-ci il üzrə illik hesabatının təsdiqi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.