“Unibank” imtiyazlı səhmlər buraxacaq

  • 19 Sentyabr, 2019 10:00
“Unibank” imtiyazlı səhmlər buraxacaq

“Unibank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Finans.az” xəbər verir ki, yığıncaq noyabrın 6-da, saat 15:00-da Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Unibank”ın Müşahidə Şurasının və İdarə Heyətinin tərkibində dəyişiklik edilməsi, 2019-ci il üzrə kənar auditorunun təyin olunması, nizamnaməsinin dəyişdirilməsi və imtiyazlı səhmlərin buraxılması məsələləri daxildir.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 44,5%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 41,9%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.