“Unibank”dan “Kapital Bank”a transfer olub - TƏYİNAT

  • 3 may, 2021 16:15
“Unibank”dan “Kapital Bank”a transfer olub - TƏYİNAT

“Kapital Bank” ASC-nin Maliyyə menecmenti departamenti direktoruna yeni müavin təyin edilib.

“Finans.az” xəbər verir ki, bu Kamilə Məmmədovadır.

K.Məmmədova 2021-ci ilin aprelində bu vəzifəyə təyin edilib.

O, 2011-ci ildə “Unibnk” ASC-yə Hesabat və analitika departamentinə mütəxəssis kimi, 2015-ci ilin noyabrında Maliyyə nəzarəti şöbəsinin müdiri, 2017-ci ilin iyununda Daxili audit departamentinin direktor müavini, 2017-ci ilin noyabrında bu departamentin direktoru və 2019-cu ilin martından isə Baş maliyyə inzibatçısına müavin təyin edilib.

2005-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində MBA dərəcəsinə yiyələnib.


Mənbə: banker.az