ÜTT-dən açıqlama: Azərbaycanda kənd turizmini inkişaf etdirmək istəyir

  • 18 İyun, 2019 13:49
ÜTT-dən açıqlama: Azərbaycanda kənd turizmini inkişaf etdirmək istəyir

"Gələn ili Azərbaycanda kənd turizm ili elan edəcəyik".

"Finans.az" xəbər verir ki, bunu Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvil deyib.

“Azərbaycan təkcə paytaxt Bakıdan ibarət deyil, onun regionlarda gözəl məkanları var. Bizim əsas rolumuz regionları inkişaf etdirməkdir. Sahibkarlar regionlara da sərmayə qoysunlar ki, biz yeni iş yerləri aça bilək. Turizm sənayesini şərtləndirən əlamətlər məhz iş yerlərinin açılmasıdır. Eyni zamanda Azərbaycanın tanıtımı lazımdır. Burada söhbət puldan getmir, məhz ürəkdən və səmimi qəlbdən görülən işdən gedir”, - deyə o, qeyd edib.


Mənbə: report.az