Uçot dərəcəsi aşağı endirildi - Türkiyədə

  • 16 Yanvar, 2020 16:01
Uçot dərəcəsi aşağı endirildi - Türkiyədə

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb.

"Finans.az" türk mediasına istinadən xəbər verir ki, Türkiyə Mərkəzi Bankının Pul siyasəti komitəsi uçot dərəcəsini 0,75% azaldaraq 11,25%-ə endirib.

Qeyd edək ki, Türkiyədə uçot dərəcəsi daha əvvəl 12% həddində idi.