Üç şəhərin baş planının tərtibinə 442 min manat xərclənəcək

  • 30 Avqust, 2019 15:59
Üç şəhərin baş planının tərtibinə 442 min manat xərclənəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Goranboy, Gədəbəy və Astara şəhərlərinin baş planlarının tərtibi işlərinin satın alınmasına dair 3 lot üzrə müqavilə imzalayıb.

"Finans.az" dövlət satınalmaları reyestrinin məlumatlarına istinadən xəbər verir ki, yuxarıdakı lotlar üzrə müvafiq olaraq “İNTEGRİS” MMC-yə - 140 095 manat, “Azərdövlətlayihə” DBLİ-yə 148 500 manat və “EL&EN” firmasına 153 000 manat ödəniləcək.