Uber şirkəti 2021-ci ildə bu yeniliklə istifadəçilərini təəccübləndirəcək

  • 23 Oktyabr, 2018 09:18
Uber şirkəti 2021-ci ildə bu yeniliklə istifadəçilərini təəccübləndirəcək

The Wall Street Journal saytının jurnalistləri Uber şirkətinin saytında maraqlı vakansiya ilə tanış olublar.

"Finans.az" xəbər verir ki, şirkət 2019-cu il üçün özünün dron istehsalına və 2021-ci il üçün onların kommersiya məqsədli istifadəsinə yardım edəcək top menecer axtarır.

Saytın jurnalistləri bu məsələ ilə bağlı Uber şirkətinə sorğu göndərdikdən sonra şirkət həmin vakansiyanı öz saytından pozub və bildirib ki, pozulmuş vakansiya şirkətin hələki hazırlanma mərhələsində olan layihəsinin düzgün təsvirini ortaya qoymayıb.

Qeyd edək ki, bu ilin May ayında "Uber", "Apple" və "Microsoft" kimi şirkətlər qida məhsullarının dronlar vasitəsilə alıcılara çatdırılması üçün dövlət orqanlarından icazə alıb. Bununla yanaşı ABŞ-ın Nəqliyyat Nazirliyi bu məsələdə Amazonşirkətinə və Çinin "DJI"markalı dron istehsalçısına rəd cavabı vermişdi.