“Uber” İPO üçün ilkin müraciət edib

  • 8 Dekabr, 2018 12:25
“Uber” İPO üçün ilkin müraciət edib

“Uber” beynəlxalq taksi servisi gizli olaraq səhmlərinin birjada ilkin yerləşdirilməsi (İPO) üçün müraciət edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq sənədlər bu həftə ABŞ Qiymətli Kağızlar üzrə Komissiyasına (SEC) təqdim olunub.

Məlumatlı mənbəyə görə İPO gələn ilin ilk rübündə baş tuta bilər.

Xatırladaq ki, Mərkəz qərargahı San-Franciskoda yerləşən “Uber” smatfona yüklənən xüsusi tətbiq vasitəsilə özəl taksi sifariş vermək imkanı tanıdan avtomobil daşımaları servisi və dünyanın ən iri startapıdır.