“Uber”in zərəri artıb

  • 15 Noyabr, 2018 11:39
“Uber”in zərəri artıb

Beynəlxalq avtomobil daşımaları servisi “Uber”in xalis zərəri 2018-ci ilin 3-cü rübündə 20% artaraq 1,07 milyard ABŞ dolları təşkil edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin maliyyə hesabatlılığına əsasən 3-cü rübdə gəlir illik ifadədə 38% artaraq 2,5 milyard dollara çatıb. Sifarişlərin ümümi həcmi isə 34% artaraq 12,7 milyard dollara çatıb.

“Biz platformamızın bütün bölmələrində o cümlədən yemək çatdırma servisində “Uber.Eats”, velosiped və skuter sifarişi servislərində gələcək inkişaf üçün investisiya edirik”,-şirkətin maliyyə direktoru Nelson Çay (Nelson Chai) bildirib.

Xatırladaq ki, ötən maliyyə ilində “Uber” 4,5 milyard dollar həcmində zərər qeydə alıb.