“Uber”in səhmlərinin dəyəri İPO çərçivəsində bir kağız üçün $45 olacaq

  • 10 May, 2019 09:10
“Uber”in səhmlərinin dəyəri İPO çərçivəsində bir kağız üçün $45 olacaq

“Uber Advanced Technologies” şirkətinin səhmlərinin dəyəri bir qiymətli kağız üçün 45 ABŞ dolları təşkil edəcək.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, cümə günü Nyu-York fond birjasında baş tutacaq səhmlərin ilkin ictimai yerləşdirilməsi (IPO) çərçivəsində 180 mln. ədəd qiymətli kağızın yerləşdirilməsi nəzərdə tutulur.

Qeyd edilir ki, “Uber” İPO nəticəsində 8,1 milyard dollar cəlb etməklə, öz kapitallaşmasını 82,4 milyard dollara çatdırmağı planlaşdırır.

Xatırladaq ki, Mərkəz qərargahı San-Franciskoda yerləşən “Uber” smatfona yüklənən xüsusi tətbiq vasitəsilə özəl taksi sifariş vermək imkanı tanıdan avtomobil daşımaları servisi və dünyanın ən iri startapıdır.