“Uber”in əsas rəqibi İPO-ya hazırlaşır

  • 2 Mart, 2019 11:45
“Uber”in əsas rəqibi İPO-ya hazırlaşır

“Uber”in ABŞ-da əsas rəqibi olan taksi sifarişi servisi “Lyft” şirkəti NASDAQ fond birjasında səhmlərinin ilkin yerləşdirilməsi (İPO) üçün sənədlərini təqdim edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasının saytındakı məlumatda deyilir.

Qeyd olunur ki, şirkət 100 milyon ABŞ dolları həcmində iki sinif səhm yerləşdirməyi planlaşdırır.

Hazırda bu servis ilə 1,9 milyon sürücü əməkdaşlıq edir, onun xidmətlərindən isə ötən il 30,7 milyon sərnişin yararlanıb.