"Uber" apreldə IPO keçirəcək

  • 15 Mart, 2019 10:31

“Uber” şirkəti apreldə səhmlərinin ilkin ictimai yerləşdirilməsin (IPO) həyata keçirəcək.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət bunun üçün lazım olan səndələri gələn ay təqdim edəcək. Yerləşdirilmənin hansı birjada baş tutacağı dəqiqləşdirilmir.

2018-ci ilin oktyabr ayında “Uber”in bazar dəyəri 120 milyard ABŞ dolları həcmində qiymətləndirilib.

Xatırladaq ki, Mərkəz qərargahı San-Franciskoda yerləşən “Uber” smatfona yüklənən xüsusi tətbiq vasitəsilə özəl taksi sifariş vermək imkanı tanıdan avtomobil daşımaları servisi və dünyanın ən iri startapıdır.