“Uber” 10 milyardlıq İPO həyata keçirəcək

  • 10 Aprel, 2019 11:30
“Uber” 10 milyardlıq İPO həyata keçirəcək

“Uber” şirkəti 10 milyard dollar həcmində səhmlərinin ilkin ictimai yerləşdirilməsin (IPO) həyata keçirəcək.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, İPO üçün müraciət cümə axşamı günü ediləcək, qiymətli kağızların yerləşdirilməsi isə bu ilin mayında Nyu-York (NYSE) fond birjasında baş tutacaq.

Qeyd edilir ki, “Uber” investorlar tərəfindən şirkətin 90-100 milyard dollar ətrafında qiymətləndiriləcəyinə ümid edir.

Xatırladaq ki, Mərkəz qərargahı San-Franciskoda yerləşən “Uber” smatfona yüklənən xüsusi tətbiq vasitəsilə özəl taksi sifariş vermək imkanı tanıdan avtomobil daşımaları servisi və dünyanın ən iri startapıdır.