“Uber” 1 milyardlıq İPO həyata keçirəcək - RƏSMİ

  • 12 Aprel, 2019 10:07
“Uber” 1 milyardlıq İPO həyata keçirəcək - RƏSMİ

“Uber” şirkəti 1 milyard dollar həcmində səhmlərinin ilkin ictimai yerləşdirilməsin (IPO) həyata keçirəcək.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət ABŞ Qiymətli Kağızlar üzrə Komissiyasına qiymətli kağızların yerləşdirilməsi üçün müraciət edib.

May ayında Nyu-York (NYSE) fond birjasında baş tutacaq İPO-nun təşkilatçıları Citigroup, Bank of America, Goldman Sachs, Merril Lynch, Morgan Stanley, Barclays, Deutche Bank olacaq.

Qeyd edilir ki, “Uber” investorlar tərəfindən şirkətin 90-100 milyard dollar ətrafında qiymətləndiriləcəyinə ümid edir.

Xatırladaq ki, Mərkəz qərargahı San-Franciskoda yerləşən “Uber” smatfona yüklənən xüsusi tətbiq vasitəsilə özəl taksi sifariş vermək imkanı tanıdan avtomobil daşımaları servisi və dünyanın ən iri startapıdır.