“Twitter”in fəaliyyətində problemlər yaranıb

  • 28 Avqust, 2020 09:44
“Twitter”in fəaliyyətində problemlər yaranıb

Bir sıra ölkələrdə “Twitter” sosial şəbəkəsinin fəaliyyətində problemlər yaranıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" servisi xəbər verir.

Şikayətçilərin 64%-i saytın, 26%-i "iPhone" və "iPad", 9%-i isə "Android" üçün tətbiqin işində problemlər yaşayır.

Sosial şəbəkənin fəaliyyətindən ən çox ABŞ, Meksika, Peru, Böyük Britaniya, Fransa, Almaniya, Niderland, Polşa və Rusiyadan olan istifadəçilər şikayətlənirlər.