Tütün idxalı 10% azalıb

  • 12 Oktyabr, 2018 12:37
Tütün idxalı 10% azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 102 mln. 868,87 min dollar dəyərində tütün idxal edib.

Bu barədə “Finans.az” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, məbləğ baxımından isə illik nisbətdə 11 mln. 790,4 min dollar və ya 10,28% azdır.

Qeyd edək ki, 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici ölkələrdən 114 mln. 659,27 min dollar dəyərində tütün idxal edilib. 2018-ci ilin yanvar-sentyabr aylarında tütün idxalı Azərbaycanın ümumi idxalının 1,30%-ni təşkil edib.