Tur operatorlar kütləvi şəkildə biznesi tərk edirlər - Tailandda

  • 22 iyul, 2020 16:28
Tur operatorlar kütləvi şəkildə biznesi tərk edirlər - Tailandda

Tailandın tur operatorları COVID-19 pandemiyası və bir çox ölkənin tətbiq etdiyi tədbirlər nəticəsində qlobal turizm bazarının kəskin azalması fonunda kütləvi şəkildə bazarı tərk edirlər.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, xarici turistlərin qəbulu sahəsində işləyən firmaların 30%-dən çoxu aprel-iyun aylarında fəaliyyətlərini dayandıraraq aktivlərini satmağa başlayıblar. Bir çox şirkət ləğvetmə prosedurunu işə salıb.

Qeyd edilir ki, yanvar-iyun ayları ərzində bazarda işləyən şirkətlərin yarıdan çoxu turizm fəaliyyəti həyata keçirmək üçün lisenziyalarını dövlətə qaytararaq pul depozitlərini geri götürüblər. Gəlmə turizmin illik həcminin 2020-ci il üçün proqnozu 26 martdan sərhədlərini bağlayan Tailandda 80% aşağı düşüb.

Xatırladaq ki, 2019-cu ilə 39 milyon xarici turist Tailandı ziyarət edib.