Türkiyənin yeni hava limanından Bakıya ilk aviareys həyata keçirilib

  • 8 Noyabr, 2018 12:58
Türkiyənin yeni hava limanından Bakıya ilk aviareys həyata keçirilib

Türkiyənin 29 oktyabrda açılışı həyata keçirilən İstanbul hava limanından Bakıya ilk aviareys həyata keçirilib.

“Finans.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yeni hava limanından bu gün yerli vaxtla 09:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına “Türk Hava Yolları”na məxsus “Boeing - 737” təyyarəsi ilə aviareys təşkil edilib.

Qeyd edək ki, bu aviareys İstanbul aeroportundan xaricə yerinə yetirilən ikinci uçuşdur və Bakı vaxtı ilə 12:55-də eniş edib.