Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

  • 2 Aprel, 2020 16:55
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,958 milyard ABŞ dolları, yaxud 2,1% artaraq 95,406 milyard ABŞ dolları təşkil edib.

"Finans.az" xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 31,325 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 3,02 milyard ABŞ dolları, yaxud 10,7% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1,062 milyard ABŞ dolları, yaxud 1,6% azalaraq 64,081 milyard ABŞ dolları təşkil edib.


Mənbə: report.az