Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

  • 13 Avqust, 2020 17:35
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,58 mlrd ABŞ dolları, yaxud 1,7% artaraq 91,82 milyard ABŞ dolları təşkil edib.

“Finans.az” xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 45,23 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,66 mlrd ABŞ dolları, yaxud 3,8% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 79 milyon ABŞ dolları, yaxud 0,1% azalaraq 46,59 mlrd ABŞ dolları təşkil edib.


Mənbə: report.az