Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

  • 21 Yanvar, 2021 15:08
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

"Finans.az" quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi dəyişdirilməyərək 17% səviyyəsində saxlanılıb.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin ötən il dekabrın 24-də keçirilmiş iclasında 15%-dən 17%-ə qaldırılıb.