Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaltmaqda davam edir

  • 21 May, 2020 15:17
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaltmaqda davam edir

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

"Finans.az" quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin 0,5% bəndi azaldılaraq 8,75%-dən 8,25%-ə endirilməsinə qərar verilib.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il yanvarın 16-da keçirilmiş iclasında 0,75% azaldılaraq 12%-dən 11,25%-ə, fevralın 19-da keçirilmiş iclasında 11,25%-dən 10,75%-ə, martın 17-də keçirilmiş iclasında 10,75%-dən 9,75%-ə, aprelin 22-də keçirilmiş iclasında isə 9,75%-dən 8,75%-ə endirilmişdi.


Mənbə: report.az