Türkiyə Azərbaycan qazının idxalını 8% artırıb

  • 30 iyun, 2021 12:21
Türkiyə Azərbaycan qazının idxalını 8% artırıb

Bu ilin yanvar-aprel ayında Türkiyə Azərbaycandan 3 929,17 mln. kubmetr qaz idxal edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 7,8% çoxdur.

"Finans.az"ın Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında apardığı hesablamalarına görə, yanvar-aprel ayında Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiyadan sonra ikinci yerdə qərarlaşıb.

Məlumata görə, Türkiyə 2020-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 3 645,81 mln. kubmetr qaz idxal edib.

Cari ilin aprel ayında Türkiyə Azərbaycandan 771,2 mln. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 15,86% azdır. Aprel ayında Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiya və İrandan sonra üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 11 547,38 mln. kubmetr qaz idxal edib, bu, 2019-cu illə müqayisədə 20,5% çoxdur.


Mənbə: apa.az