Türkanda 3 istirahət mərkəzi cərimələndi

  • 8 İyul, 2019 16:12
Türkanda 3 istirahət mərkəzi cərimələndi

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakının Türkan qəsəbəsi ərazisində tədbir keçirilib.

"Finans.az" DİN-ə istinadən xəbər verir ki, reyd zamanı çirkli suların dənizə axıdılması faktları aşkar edilib və “Voyaj”, “Park Riyad”, “Caspian Beach” istirahət mərkəzlərinin sahibi və icarədarları İnzibati Xətalar Məcəlləsinin 233 və 264-cü maddələrinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.