Türk lirəsinin məzənnəsi tarixi minimumu yeniləyib

  • 26 Oktyabr, 2020 14:46
Türk lirəsinin məzənnəsi tarixi minimumu yeniləyib

Türkiyənin milli valyutası olan lirənin ABŞ dollarına qarşı məzənnəsi tarixi minimumu yeniləyib.

"Finans.az"ın verdiyi məlumat görə, hazırda 1 dollar 8,04 lirə təşkil edir. Əvvəlki rekord göstərici oktyabrın 22-də qeydə alınmışdı – 7,97 lirə.

"Bloomberg" Türkiyənin milli valyutasının ucuzlaşmasını Ankaranın Azərbaycan və Ermənistan arasındakı münaqişəyə cəlb oluna biləcəyi riski ilə əlaqələndirir.


Mənbə: apa.az