Turistlər dünya üzrə il ərzində 1,7 trilyon dollar xərcləyiblər

  • 7 İyun, 2019 09:39
Turistlər dünya üzrə il ərzində 1,7 trilyon dollar xərcləyiblər

Turistlər bütün dünya üzrə 2018-ci ildə 1,7 trilyon dollar xərcləyiblər ki, bu da 2017-ci illə müqayisədə 4% çoxdur.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Ümümdünya Turizm Təşkilatının (UNWTO) məlumatına əsasən real ifadədə inflyasiya və valyuta kurslarının titrəyişlərini nəzərə almaqla beynəlxalq turizmdən daxilolmalar 1448 milyard dollar olub. Bu, əvvəlki ilin göstəricisindən 100 milyard dollar çoxdur.