"Turanbank"ın səhmdarlarının pay bölgüsü dəyişib

  • 22 Oktyabr, 2019 15:29

"Turan Bank" ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.

"Finans.az" xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının 4 998 840 manat və yaxud 7,7% artırılaraq 65 005 478 manatdan 70 004 318 manata çatdırılmasından sonra baş verib.

Belə ki, "Turan Bank"ın səhmdarı olan 8 hüquqi şəxsin Bankın nizamnamə kapitalındakı payı 68,06%-dən 66,03%-ə düşüb, 21 fiziki şəxsin payı isə 31,06%-dən 33,97%-ə çatıb.


Mənbə: report.az