“Transneft” gələn ildən buyback proqramına başlaya bilər

  • 6 Dekabr, 2018 12:50
“Transneft” gələn ildən buyback proqramına başlaya bilər

Rusiyanın neft şirkəti “Transneft” 2019-cu ildən öz səhmlərinin geri alınması (buyback) proqramına başlaya bilər.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin baçısı Nikolay Tokarev deyib.

Onun sözlərinəm görə, şirkətin Direktorlar Şurası proqramın parametlərini nəzərdən keçirəcək.

“Bizim belə bir proqramımız ilkin olaraq işlənib və Direktorlar Şurasına çıxarılacaq. Şura bu ayın sonuna kimi bu məsələyə baxacaq və təsdiq edəcəyi təqdirdə onun gələn ildən reallaşmasına başlanacaq. Proqram 3 illik bir dövrü əhatə edir və kifayət qədər böyük vəsait ayrılıb”,-Tokarev bildirib.