Tramp Rusiya ilə Səudiyyə Ərəbistanının neft barışığına gələcəyinə ümid edir

  • 2 Aprel, 2020 16:13
Tramp Rusiya ilə Səudiyyə Ərəbistanının neft barışığına gələcəyinə ümid edir

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə qlobal neft qiymətləri ilə bağlı mətbuat konfransında Rusiya iləSəudiyyə Ərəbistanının neft barışığına gələcəyinə ümid etdiyini vurğulayıb. Bu barədə “BBS” məlumat verib.

Finans.az bildirir ki, ABŞ neftinin 2020-ci ilin ilk rübündə rekord səviyyədə aşağı düşdüyünü deyənTramp qeyd edib ki, neftinqiyməti qlobal səviyyədə artdıqdan sonra Səudiyyə Ərəbistanı ilə Rusiyanın qiymət müharibəsinə son qoymaları üçün tezliklə bir razılaşma əldə edəcəyini gözləyir: “Hər ikisi üçün vəziyyət çox pisdir. Düşünürəm ki, razılaşacaqlar"”.

Xatırladaq ki, Trampın yaxın günlərdə Ağ Evdə “Ekson Mobil” və “Şevron” da daxil olmaqla böyük enerji şirkətlərinin rəhbərləri ilə görüşəcəyi gözlənilir.

Aynurə Niyazqızı


Mənbə: bbc.com