Tramp "Facebook"un kriptovalyutasından danışdı: Yatırım etməyin

  • 12 İyul, 2019 11:46
Tramp

İyun ayında şəxsi kriptovalyutası “Libra”nın təqdimatını həyata keçirən "Facebook"un bu addımına ABŞ prezidenti Donald Tramp da münasibət bidirib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, Tramp pul dəyəri daşımayan kriptovalyutaları dəstəkləmədiyini bildirib: "Gerçək pul olmayan və dəyəri yüksək volatilliyə malik kriptovalyutaları dəstəkləmirəm. Tənzimlənməyən kriptovalyutalar qeyri-leqal fəaliyyətlərə şərait yaradır".

Həmçinin "Libra" haqqında danışan Tramp "Facebook"un virtual valyutasının daha az dayanıqlı və etibarlı olacağını deyib. ABŞ-da isə bir real pul vahidinin olduğunu qeyd edən Tramp yatırım etmək istəyənləri kriptovalyutalardan qaçaraq ABŞ dollarına yatırım etməyə səsləyib.