TRACECA-nın Azərbaycan hissəsində tranzit daşımalar 18%-dən çox azalıb

  • 16 Sentyabr, 2020 11:48
TRACECA-nın Azərbaycan hissəsində tranzit daşımalar 18%-dən çox azalıb

Bu ilin yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 24,5 milyon ton, yük dövriyyәsi isә 5 550 milyon ton-km olub.

“Finans.az”ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü müqayisədə 5,5 milyon ton və yaxud 18,3% azdır.

Son 1 ildə yük dövriyyəsi isə 688 milyon ton-km və yaxud 11% azalıb.

Hesabat dövründə yüklərin 14 milyon tonu və yaxud 57%-i avtomobil nəqliyyatı, 7,5 milyon tonu və yaxud 30,8%-i dəmir yolu nəqliyyatı, 3 milyon tonu və yaxud 12,2%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 20,2%-ni və yaxud 4 955,6 min tonunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 336 min ton və yaxud 7,3% çoxdur.


Mənbə: report.az