“Toyota” qlobal avtomobil satışlarında lider olub - Son 6 ildə ilk dəfə

  • 30 İyul, 2020 15:11
“Toyota” qlobal avtomobil satışlarında lider olub - Son 6 ildə ilk dəfə

Yaponiyanın aparıcı avtomobil konserni “Toyota Motor” və qrupa daxil olan “Daihatsu Motor” və “Hino Motors” cari ilin ilk yarısının nəticələrinə qörə avtomobillərin qlobal satışları üzrə liderliyə yüksəliblər.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, hesabat dövründə Yapon konserni 4,16 milyon avtomobil satıb. Onun əsas rəqibi olan “Volkswagen” isə 3,89 milyon ədəd nəqliyyat vasitəsi satıb. Beləliklədə “Toyota” son 6 ildə ilk dəfə olaraq birinci yarımilin nəticələrinə görə əsas rəqibini keçə bilib.