"Toyota" ABŞ iqtisadiyatına 13 milyard dollar investisiya edəcək

  • 15 Mart, 2019 10:43

Yaponiyanın avtomobil nəhəngi “Toyota Motor” konserni 2021-ci ilə kimi ABŞ-a investisiyalarının həcmini artıraraq 13 milyard dollara çatdırmağı planlaşdırır.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl konsern qeyd olunan dövr ərzində ABŞ iqtisadiyyatına 10 milyard dollar yatırım etməyi nəzərdə tutsada sonradan investisiyaların həcmini 30% artırıb.

Bu vəsaitin 750 milyon dolları “Toyota”nın ABŞ ərazisindəki 5 müəssisəsi arasında paylaşdırılacaq.

Xatırladaq ki, 2018-ci ildə “Toyota” dünya üzrə 10,38 milyon avtomobil satıb ki, bunun 3 milyonu ABŞ bazarının payına düşüb.