“Toyota” 800 “Prius” hibrid avtomobilini geri çağırır

  • 12 Fevral, 2019 08:48
“Toyota” 800 “Prius” hibrid avtomobilini geri çağırır

Yaponiyanın avtomobil istehsalçısı “Toyota” Rusiyada 800 ədəd “Prius” hibrid avtomobilini geri çağırır.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu addım nəqliyyat vasitələrinin cərəyanın paylanılması sisteminin proqram təminatının yenilənməsi ilə bağlıdır və 2009-cu ilin mayından 2014-cü ilin yanvar ayına kimi istehsal edilən avtomobillərə şamil ediləcək.