"TikTok" valideyin nəzarəti funksiyasını istifadəyə verdi

  • 16 Aprel, 2020 16:03

Qısa videolar yaratmaq üzrə platforma olan "TikTok" valideyin nəzarətini həyata keçirməyə imkan verəcək "Ailə Ayarları" alətini istifadəyə verib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, yeni funksiya valideyin və yeniyetmələrə təhlükəsizlik parametrlərini öz ehtiyaclarına uyğun ayarlamağa imkan verəcək. Bu funksiya vasitəsilə valideyinlər "TikTok"dakı hesablarını uşaqın hesabı ilə bağlayaraq onun təhlükəsizlik və məxfilik ayarlarına giriş əldə edəcəklər.

2018-ci ildə istifadəyə verilən "TikTok" platforması populyarlığa görə yalnız "Facebook" və "Instagram"dan geri qalır. Onun dünya üzrə 500 milyondan artıq istifadəçisi var.