Tikinti materialları bazarında - SON QİYMƏTLƏR

  • 3 Dekabr, 2019 17:55
Tikinti materialları bazarında - SON QİYMƏTLƏR

Tikinti materialları bazarındakı son qiymətləri araşdırılıb.

"Finans.az" xəbər verir ki, 2 dekabr tarixinə "Dərnəgül" tikinti materialları bazarı və “Papanin” körpüsü ətrafında mövcud olan daş bazarında parametrlərindən asılı olaraq armatur, taxta, dikt, DSP, şifer, mismar, qum, alçıpan, plastmas boru, şüşə, sement, daş və kərpicin qiymətləri (manatla) araşdırılıb.

Daha ətraflı məlumat aşağıdakı infoqrafikada əks olunub:

Qeyd edək ki, son günlər tikinti materialları bazarında ən mühüm dəyişiklik taxtanın qiymətində öz əksini tapıb. Ölkədəki qiymətləndirmə şirkətlərindən birinin baş mütəxəssisi Tural Bağırovun bildirdiyinə görə taxtanın qiymətində təqribən 5%-ə yaxın azalma qeydə alınıb. Bunun da səbəbi havaların soyuması ilə əlaqədar tikintilərin azalmasıdır. Ona görə də satıcıların taxtanın qiymətini nisbətən endiriblər. Digər tikinti materiallarının satışında isə əhəmiyyətli qiymət dəyişikliyi müşahidə olunmur, deyə T.Bağırov bildirib.


Mənbə: report.az