Tezliklə radio dinləyicilərinin sayı televiziya izləyicilərinin sayını keçəcək

  • 15 Mart, 2019 10:01
Tezliklə radio dinləyicilərinin sayı televiziya izləyicilərinin sayını keçəcək

ABŞ-da gənclər arasında televiziya izləyicilərinin sayı radio dinləyənlərə nisbətən 3 dəfə daha artıq surətlə azalmaqdadır.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, "Deloitte Kanada"nın Texnologiya Media və Telekommunikasiya araşdırmaları direktoru Duncan Stüart yaxın gələcəyin texnologiyaları haqqında məlumat verib. Mobil telefon istifadəsinin televizor və komputerlə eyni səviyyəyə çatdığını deyən D. Stüart 2019-cu ildə 4G şəbəkəsinin bazar payının 50%, 2025-ci ildə 59%, 5G-nin isə 15% olacağını bildirib.

D. Stüart ABŞ-da xüsusən 18-34 yaş aralığındakı insanların televizordan daha sürətlə uzaqlaşdığını ifadə edib. O qeyd edib ki, analoji hal Danimarka və İsveçdə də yaşanır. Bu gedişlə radio istifadəçilərinin sayı televiziya izləyicilərinin sayını keçəcək.