"Tesla"ya yeni sədr təyin edilib

  • 8 Noyabr, 2018 12:00

Dünyanın aparıcı elektrikli avtomobil istehsalçısı "Tesla"nın direktorlar şurasına yeni sədr təyin edilib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu vəzifədə İlon Maskı Avstraliyanın ən böyük telekommunikasiya şirkəti olan "Telstra"nın CFO-su Robin Denholm əvəz edəcək.

Qeyd edək ki, 55 yaşlı Denholm həm də 2014-cü ildən "Tesla"nın direktorlar şurasının müstəqil direktoru olub və audit komitəsinə sədrlik edib. Denholm sədr vəzifəsinin icrasına dərhal başlayacaq.