Tesla şirkəti "Model 3"ün qiymətini artırdı

  • 16 May, 2019 10:33
Tesla şirkəti

Elektrikli avtomobil istehsalçısı “Tesla” şirkəti ABŞ-da “Model 3”ün bütün variantlarının qiymətini 400 ABŞ dolları artırıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, qiymət artımı 13 maydan sonra buraxılan “Model 3” elektromobilinin bütün variantlarına aiddir.