"Tesla" səhmlərinin dəyəri son 2 ilin minimumuna endi

  • 29 Aprel, 2019 09:57

"Tesla" səhmlərinin dəyəri cümə günü 5% ucuzlaşaraq son 2 ilin minimumuna enib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, elektrikli avtomobil istehsalçısının səhmləri ötən həftə ərzində 14% dəyər itirərək 2017-ci ilin yanvar ayından bu yana ən aşağı həddə çatıb. Ucuzlaşmanın əsas səbəbi isə "Tesla"nın rüblük maliyyə nəticələrinin gözləntilərdən aşağı olması olub.

Qeyd edək ki, “Tesla” cari ilin ilk rübünü 702,1 mln ABŞ dolları zərərlə başa vurub. Şirkət 2019-cu ilin ilk üç ayı ərzində 63 000 avtomobil satıb ki, bu da əvvəlki rübün nəticəsindən 31% azdır.