“Tesla” səhm bazarında iştirakını artırır

  • 8 dekabr, 2020 16:46
“Tesla” səhm bazarında iştirakını artırır

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” şirkəti investorların onun səhmlərini göstərdiyi marağın böyük olduğunu nəzərə alaraq bazara daha 5 milyard ABŞ dolları məbləğində qiymətli kağız çıxaracaq.

“Finans.az” xəbər verir ki, şirkət yeni yerləşdirmə hesabına yaxın 2 ildə kapital qoyuluşu xərclərini 2 dəfə artırmağı planlaşdırır.

Xatırladaq ki, "Tesla" bu ilin fevral ayında 2 milyard dollarlıq, sentyabr ayında isə 5 milyard dollarlıq səhm satıb. Onun səhmləri bu ilin əvvəlindən bəri 8 dəfəyə yaxın bahalaşıb. Qiymət artımında şirkətin səhmlərinin dekabrın 21-dən etibarən birja indekslərinə daxil edilməsi barədə xəbərlər böyük rol oynayıb.


Mənbə: report.az