“Tesla” rəhbəri Marsa uçuşun qiymətini açıqlayıb

  • 12 Fevral, 2019 16:46
“Tesla” rəhbəri Marsa uçuşun qiymətini açıqlayıb

“Tesla”nın rəhbəri İlon Mask Marsa uçuş qiymətini açıqlayıb.

“Finans.az” xarici mediaya istinadən xəbər verir ki, İ.Mask qırmızı planetə uçuşun 500 min dollar olacağını açıqlayıb. Onu da qeyd edib ki, Marsa səyahət etmək istəyənlərdən geriyə dönüş üçün pul alınmır.

Amma İ.Mask gediş-gəlişin 100 min dollardan aşağı olma ehtimalını da vurğulayıb.

“Bu qiymət bir çox Marsa getməyi arzu edənlər üçün Yer kürəsində olan evini sataraq bu planetə getməyi mümkün edir. Söhbət təkcə turist kimi səfərdən deyil, Marsda məskulaşmaqdan gedir”, deyə “Tesla” rəhbəri əlavə edib.