"Tesla"nın qərarı "Panasonic"i vurdu - Səhmləri ucuzlaşdı

  • 5 Fevral, 2019 13:06

Yaponiyanın elektronika şirkəti "Panasonic"in bazar dəyəri aşağı düşüb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin səhmləri 6,5% dəyər itirib.

Ucuzlaşmasının əsas səbəblərindən biri şirkətin rüblük gəlirlərində müşahidə olunan azalma olub. Digər bir səbəb isə elektromobillər üçün batareya istehsal edən şirkətin ən böyük alıcısının başqa bir enerji saxlama şirkətini satın alması xəbəri olub. Belə ki, "Tesla" elektomobilləri üçün batareya istehsalını daha ucuz başa gətirmək məqsədilə ABŞ mənşəli "Maxwell Technologies"i 218 milyon dollara almaq üçün razılığa gəlib.

Bu xəbər isə "Tesla"nın ən böyük batareya təchizatçısı olan "Panasonic"in satışlarının azalacağı ehtimalını artırıb.