“Tesla”nın Çin analoqu 500 milyon dollar cəlb edib

  • 22 İyul, 2020 13:37
“Tesla”nın Çin analoqu 500 milyon dollar cəlb edib

Çinin elektrikli avtomobil istehsalçısı olan “Xiaopeng Motors” startapı son investisiya raundu çərçivəsində 500 milyon ABŞ dolları həcmində vəsait cəlb edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, ötən ilin noyabr ayında startap 400 milyon dollarlıq tranş cəlb edib. O zaman şirkət 3,57 milyard dollar dəyərində qiymətləndirildi. Bu günə kimi startap 1,7 milyard dollar həcmində investisiya cəlb edib.

Xatırladaq Çinli startapın “Tesla” ilə məhkəmə çəkişməsi olub. ABŞ şirkəti iddia edib ki, onun keçmiş əməkdaşı “Xiaopeng Motors”da işə başlamazdan əvvəl “Tesla”dan planlar oğurlayıb. Çin şirkəti məhkəməni əmin edə bilib ki, həmin əməkdaş bəzi faylları yükləsə də yeni yerdə işə başlamadazdan əvvəl onların hamısını pozub.